Nə son dünya çempionu var, nə də Avropa çempionu

Xəbər verdiyimiz kimi, son dünya çempionu Fransa yığması və son Avropa çempionu Portuqaliya millisi Avro-2020-dəki çıxışlarını başa vurub.

Newsport.az-ın məlumatına görə, Fransa 1/8 finalda İsveçrə (əsas və əlavə vaxt – 3:3, penaltilər seriyası – 4:5) səddini keçə bilməyib. Portuqliya isə Belçikaya uduzub (0:1). Bununla da hər iki komanda yarışı gözləniləndən daha erkən başa vurub.

Nəticədə tarixdə ilk dəfə son dünya çempionu və son Avropa çempionu olan komandalar qitə turnirinin 1/4 finalına vəsiqə əldə etməyi bacarmayıblar. İndiyədək sözügedən titullara sahib olan millilər Avropa çempionatlarında ən az 1/2 finaladək irəliləməyi bacarıblar.

Qeyd edək ki, Fransanı məğlub edən İsveçrə növbəti mərhələdə İspaniya ilə, Belçika isə İtaliya ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right