Xorvat futbolçudan tarixi qol

Futbol üzrə Avropa çempionatlarında yeni qol rekordu qeydə alınıb.

Newsport.az xəbər verir ki, bu, AÇ-2020-nin 1/8 final mərhələsi çərçivəsində baş tutan Xorvatiya – İspaniya matçına təsadüf edib.

Bu oyun 5:3 hesabıyla ispanların xeyrinə bitib. Qarşılaşmanın 85-ci dəqiqəsində Xorvatiya yığmasının futbolçusu Mislav Orşiçin vurduğu qol isə tarixə düşüb. O, AÇ-2020-də vurulan 109-cu qolun müəllifi olub. Bununla da AÇ-2016-dakı 108 qolluq rekord yenilənib.

Qeyd edək ki, 24 komandanın iştirakı ilə keçirilən AÇ-2020-də artıq 118 qol qeydə alınıb. Turnirin sonuna qədər daha 9 qarşılaşma keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right