1/4 finalın daha bir cütü bilindi

Avro-2020-də 1/4 finalın daha bir cütü müəyyənləşib.

Newsport.az xəbər verir ki, bu gün 1/8 finalda Xorvatiyanı məğlub edən İspaniya millisi sensasiyalı şəkildə son dünya çempionu Fransanı mübarizədən kənarlaşdıran İsveçrə ilə qarşılaşacaq. Oyun iyulun 2-də Sankt-Peterburqda keçiriləcək. 

Qeyd edək ki, 1/4 final mərhələsinin son cütlüyü bu gün keçirləcək İngiltərə - Almaniya və İsveç – Ukrayna oyunlarından sonra bilinəcək.


2 iyul

Avro-2020

1/4 final

20:00. İspaniya - İsveçrə
Sankt-Peterburq

23:00. Belçika – İtaliya
Münhen

3 iyul

20:00. Çexiya – Danimarka
Bakı





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right