Danimarka və İtaliya 1/4 finalda Yenilənib

Bu gün Avro-2020-də 1/8 final mərhələsinə start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki görüş keçirilib.

Əvvəlcə Uels Danimarka ilə qarşılaşıb. 4:0 hesabı ilə qalib gələn Danimarka 1/4 finala yüksəlib. Komanda iyulun 3-də Bakıda keçiriləcək bu mərhələdə Niderland - Çexiya cütünün qalibi ilə qarşılaşacaq.

Günün son oyununda isə İtaliya və Avstriya yığmaları üz-üzə gəliblər. Matçın əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtda 2 qol vuran italyanlar 1/4 finala yüksəlib. Komanda bu mərhələdə Belçika - Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq.

Avropa çempionatı, 1/8 final mərhələsi
 

23:00. İtaliya - Avstriya - 2:1
Qollar:
 Kyeza, 95 (1:0), Pessina, 105 (2:0), Kalaziç, 114 (2:1)
Baş hakim: Entoni Teylor (İngiltərə)
London, "Uembli" stadionu

20:00. Uels - Danimarka - 0:4
Qollar: 
Dolberq, 27, 48, Mehle, 89, Breytveyt, 90+6
Qırmızı vərəqə: Uilson, 90+1 (Uels)
Baş hakim: Daniel Zibert (Almaniya)
Amsterdam, "Yohan Kroyf Arena"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right