Demiralın agenti "Tottenhem"lə danışıqlar aparır

"Yuventus"un futbolçusu Merih Demiral klubundan ayrıla bilər.

Newsprot.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira "Tvitter" hesabında yazıb. Türk müdafiəçinin agentinin "Tottenhem"lə danışıqlar apardığı bildirilib.

Demiralla "Everton" və "Atalanta" da maraqlanır.

Qeyd edək ki, 23 yaşlı oyunçu ötən mövsüm İtaliya A seriyasında meydana çıxdığı 15 matçda 1 sarı vərəqə alıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right