Çempionlar Liqasında yeni mövsümə start verildi

Çempionlar Liqasında 2021/22 mövsümünün ilkin mərhələsinin yarımfinal oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Andorranın “İnter Eskaldes” klubu səfərdə Farer adaları təmsilçisi “Torşavn”ı minimal hesabla məğlub edib – 1:0. 61-ci dəqiqədə Jordi Betri fərqlənib. 

Digər matçda Kosovonun “Priştina” klubu San Marino “Folqore”sindən üstün olub – 2:0. Qolları Endrit Qrasniqi (51) və Mendurim Hoti (90+1) vurub.

İlkin mərhələnin həlledici oyunu iyunun 25-də, “Priştina” və “İnter Eskaldes” komandaları arasında keçiriləcək.

İlkin mərhələnin qalibi Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Macarıstanın “Ferentsvaroş” komandası ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right