UEFA-dan finalla bağlı cavab

UEFA İtaliyanın Baş Naziri Mario Draqinin Avro-2020-nin final matçının Londonda keçirilməsinə qarşı çıxmasına mənfi cavab verib.

Newsport.az xarici mediaya itinadən xəbər verir ki, qurum həlledici matçın yerini dəyişmək fikrində olmadığını və qarşılaşmanın Londonda təşkil olunacağını açıqlayıb.

Draqi isə İngiltərədə pandemiyanın geniş yayılması səbəbindən final matçının bu ölkədə təşkil edilməsinin düzgün olmadığını demişdi.

Qeyd edək ki, Avro-2020-nin final oyunu iyulun 11-də "Uembli" stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right