"Fantastik çıxış etdik"

"Bu oyunda fantastik çıxış etdik. Komandanın çıxışından çməmnunam. 1/8 finala çıxmaq əzmindəydik, tarix yazmaq istəyirdik. Futbolçuların bu vəzifəni üzərinə götürdüklərini gördüm. Komandamla fəxr edirəm".

Newsport.az xəbər verir ki, bu sözləri Avstriya millisinin Franko Foda Avro-2020-nin qrup mərhələsinin 3-cü turunda Ukraynaya 1:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldikləri oyundan sonra deyib.

"Azarkeşlər üçün oynamaq istəyirdik. Buxarestə qayıtmaqdan ötrü uzun bir yol qət etdilər, buna görə onları mükafatlandıra bildiyimiz üçün xoşbəxtik" - deyə o bildirib.

F.Foda 1/8 finalda qarşılaşacaqları İtaliya millisi haqda da danışıb: "İtaliya çoxdan məğlub olmayıb. Hazırlaşmaq və özümüzə gəlmək vacib olacaq, o zaman Londonda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Çətin olacaq, amma komanda həvəsli və hazırdır".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right