“Avro-2020”də bombardirlərin son siyahısı

Avro-2020”nin qrup mərhələsi yekunlaşdıqca pley-off uğrunda gərgin mübarizə ilə yanaşı bombadirlər arasındakı yarış da diqqət mərkəzindədir.

Newsport.az xəbər verir ki, 3-cü turun dünən yekunlaşan bəzi oyunlarından sonra ən çox qol vuranlar sırasına Belçika millisindən Romelu Lukaku ilə Niderlanddan Corcinio Veynaldum da qoşulub.

Lider Kriştiano Ronaldonun da ehtiyatında 3 qol var. Portuqaliyalı 1 qolun da ötürməsini etdiyindən hamını qabaqlayır. Lakin həm Ronaldonun, həm də Çexiyadan Patrik Şikin (3 qol) qrup mərhələsini daha çox qolla başa vurması üçün şansları var. Çünki onların komandası hələ qrupda son oyunları keçirməyiblər.

Bombardilər siyahısı:

1. Kriştiano Ronaldo (Portuqaliya) – 3 qol, 1 assist

2.  Patrik Şik (Çexiya) – 3 qol

3. Romelu Lukaku (Belçika) – 3 qol

4. Corcinio Veynaldum (Niderland) – 3 qol

5. Memfis Depay (Niderland) – 2 qol

6. Çiro İmmobile (İtaliya) – 2 qol

7. Cerdan Şakiri (İsveçrə) – 2 qol

8.  Roman Yaremçuk (Ukrayna) – 2 qol

9. Andrey Yarmolenko (Ukrayna) – 2 qol

10. Manuel Lokatelli (İtaliya) – 2 qol

11. Yussuf Poulsen (Danimarka) – 2 qol





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right