Almaniya millisində ciddi itki

Almaniya millisi ciddi itki ilə üzləşib.

Newsport.az "Bild"ə istinadən xəbər verir ki, komandanın liderlərindən olan Tomas Müller zədələnib.

DÇ-2020-nin qrup mərhələsinin 2-ci turunda Portuqaliya ilə görüşdə diz bağlarından xəsarət alan hücumçu bugünkü məşqdə iştirak etməyib. Onun iyunun 23-də Macarıstanla keçiriləcək qrupun sonuncu görüşündə iştirak etməyəcəyi bildirilib. 31 yaşlı hücumçu komandası 1/8 finala çıxacağı halda bu mərhələninin oyununu da buraxa bilər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right