Belçika millisində son durum

Belçika millisinin baş məşqçisi Roberto Martines Avro-2020-nin qrup mərhələsinin 3-cü turunda Finlandiya ilə keçiriləcək oyun öncəsi heyətlə bağlı danışıb.

Newsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis artıq zədəsini sağaldan Kevin De Brüyne, Aksel Vitsel və Eden Hazardın Rusiyaya qarşı start heyətdə meydana çıxacağını bildirib.

Belçika millisinin Tvitter səhifəsi isə Danimarka ilə görüşdə dizindən zədələnən hücumçu Torqan Hazardın oyunda iştirak etməyəcəyini açıqlayıb.

Qeyd edək ki, bu gün Sankt-Peterburqda keçiriləcək Finlandiya - Belçika oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right