Fatih Terim yenidən Floryada

"Qalatasaray"la müqaviləsi mayın 31-də başa çatan Fatih Terim klubla yeni sözləşmə imzalamağa yaxındır.

Newsport.az xəbər verir ki, Terim Burak Elmasın klub prezidenti seçilməsindən sonra bu gün Floryaya - komandanın məşq düşərgəsinə gəlib. 67 yaşlı mütəxəssis futbolçular tərəfindən alqışlarla qarşılanıb. Daha sonra o, texniki heyətlə birgə hazırlıq prosesinə başlayıb.

Klub rəhbərliyinin Terimlə yaxında yeni müqavilə imzalayacağı gözlənilir. Prezident Burak Elmas bundan əvvəl etdiyi paylaşımda isə bildirib: "Dünən axşam saatlarında Fatih Terimlə görüşdük. Sabah səhər evimiz Floryada məşqlərə başlayacaq. "Qalatasaray"ın baş məşqçisi "Qalatasaray"lı Fatih Terimdir. Müqavilə, bununla bağlı xüsusi mərasimə və sair işlərə ayıra biləcəyimiz 1 dəqiqə belə vaxtımız yoxdur. Görməli olduğumuz çox iş var".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right