DÇ-2022 ilə bağlı yeni qərar

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı yeni qərar qəbul edilib.

Newsprot.az xəbər verir ki, bu barədə Qətər hökumətinin rəsmisi Şeyd Xalid AP-yə açıqlamasında bildirib.

Qərara əsasən, yerli hökumət oyunlara qatılmaq üçün azarkeşlərdən koronavirus əleyhinə peyvəndlənmə tələb edəcək: "Hazırda mundiala gələnləri immunizasiya etmək məqsədi ilə bir milyon doza koronavirus peyvəndi almaq üçün bir şirkətlə danışıqlar aparırıq. Bizim əsas məqsədimiz vətəndaşların və bütün azarkeşlərin sağlamlığını qorumaqdır".

Qeyd edək ki, DÇ-2022 gələn il 21 noyabr - 18 dekabrda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right