"Əla oyun idi" Vladimir Petkoviç

"Qura bildiyim ən yaxşı komandanı düşündüm və İtaliya ilə matçla müqayisədə üç oyunçu dəyişikliyi etdim. Nəticəyə baxanda etdiklərimin yanlış seçim olmadığı qənaətindəyəm. Əla oyun idi, tamamilə matça köklənmişdik. Bir çox qol fürsətimiz oldu, çoxlu qol epizodları yaratdıq. 1/8 finala yüksəlmək bizim üçün əla olar".

Newsport.az xəbər verir ki, bu sözləri İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç Avro-2020-nin qrup mərhələsinin 3-cü turunda Türkiyəyə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O, ən yaxşı qrup 3-cüsü olaraq növbəti mərhələyə yüksələcəklərinə inandığını bildirib: "Oyunçularımı təbrik etmək istəyirəm. Çətin səyahət müddətinə yaxşı tab gətirdilər. Edəcəyimiz tək şey çərşənbəyə kimi gözləyib ən yaxşı üçüncülərin kim olacağını görməkdir. 4 xalın qrupdan çıxmaq üçün yetərli olacağını düşünürəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right