FIFA prezidenti Bakıya gəlir

FIFA-nın prezidenti Canni İnfantino Azərbaycana gələcək.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Ali futbol qurumunun rəhbəri bu gün AVRO-2020-nin A qrupunda Bakı Olimpiya Stadionunda keçiriləcək İsveçrə – Türkiyə oyununu izləmək üçün Bakıya gələcək.

AFFA-nın digər xəbərinə görə, bu qarşılaşmanı izləmək üçün UEFA-nın baş katibi Teodor Teodoridis də bu gün Azərbaycana gəlir.

Bu gün keçiriləcək İsveçrə – Türkiyə oyununa saat 20:00-da start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right