Ukraynanın "Şaxtyor" klubu yeni transferini açıqlayıb.
Newsport.az-ın məlumatına görə, Donetsk təmsilçisi "Ayaks"ın hücumçusu Lassina Traoreni transfer edib. Bu keçid üçün Amsterdam klubuna 10 milyon avro təzminat ödənilib. Burkina-Faso millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb.
20 yaşlı futbolçu ötən mövsüm əsas komandada keçirdiyi 18 oyunda 7 qol vurub, 8 məhsuldar ötürmə edib.