AÇ-2020: İsveçli hücumçu ən yaxşı seçildi

AÇ-2020-nin E qrupu çərçivəsində keçirilən İsveç – Slovakiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, İsveç yığmasının hücumçusu Aleksandr İsak bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 21 yaşlı forvard bu matçda qazandığı penalti ilə komandasının qələbəsində (1:0) əsas pay sahiblərindən birinə çevrilib.

Qeyd edək ki, Aleksandr İsak hazırda İspaniyanın “Real Sosyedad” klubunun formasını geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right