AÇ-2020: Modriç ən yaxşı elan olundu

AÇ-2020-nin D qrupu çərçivəsində keçirilən Xorvatiya – Çexiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 35 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının məğlubiyyətdən xilas olmasında və 1 xal qazanmasında pay sahiblərindən biri olub.

Qeyd edək ki, Luka Modriç hazırda İspaniyanın “Real” klubunun formasını geyinir. O, Xorvatiya yığmasında ən çox oyun keçirmiş futbolçudur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right