La Liqa klubunda baş məşqçi ilə yeni müqavilə

İspaniyanın “Selta” klubunda baş məşqçi Eduardo Koudetlə yeni müqavilə imzalanıb.
 
Newsport.az klubun saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssislə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.
 
Koudet 2020-ci ilin noyabrından “Selta”nı çalışdırır. Onun rəhbərlik etdiyi komanda La Liqada ötən mövsümü 8-ci sırada bitirib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right