"Yuventus"un fəxri prezidenti vəfat etdi

İtaliyanın "Yuventus" klubunun sabiq futbolçusu Campyero Boniperti dünyasını dəyişib.
 
Newsprot.az-ın məlumatına görə, o, 92 yaşında ürək çatışmazlığından vəfat edib.
 
Qeyd edək ki, Campyero Boniperti karyerası ərzində (1946 - 1961) Turin təmsilçisində çıxış edib. O, "Yuventus"da keçirdiyi 459 oyunda 179 qol vurub. Boniperti klub tarixində Alessandro Del Pyerodan (290) sonra ən çox qol vuran ikinci oyunçudur.
 
5 qat İtaliya çempionu millidə 38 görüşdə 8 dəfə fərlənib. Boniperti 1971 - 1990-cı illərdə "Yuventus"un prezidenti olub. 2006-cı ildən isə o, Turin təmsilçisinin fəxri prezidenti idi.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right