“Legiya”nın baş məşqçisindən növbəti Mahir açıqlaması

“Legiya”nın baş məşqçisi Çeslav Mixneviç millimizin hücumçusu Mahir Emrelinin yeni komandasında debütünü şərh edib.

Dünən Avstriyanın üçüncü liqa təmsilçisi "Bisşofşofen"lə yoxlama görüşündə (5:0) 24 yaşlı hücumçumuz 3 qol vurub.

Newsport.az Polşa mətbuatına istinadən xəbər verir ki, matçdan sonra Çeslav Mixneviç futbolçumuzun oyunu haqda müsbət fikirlər deyib: “Emreli bizim məşqdə gördüyümüz keyfiyyətlərini oyunda da təsdiqlədi. Onun yaxşısı texnikası, oyunu qavrama və hücumu başa vurma qabiliyyəti var. Bizim uzaqdan zərbə vurmaq problemimiz vardı. Düşünürəm ki, o, bu məsələdə bizə kömək edəcək. Mahir təhlükəli zərbələr vura bilər. Belə görünür ki, o, cərimə meydançasına girməyi xoşlayır. Bu isə onu göstərir ki, hücumda özünü yaxşı hiss etməsi üçün Mahirin tərəf müqabili də olmalıdır. O, topla oynamağı sevir. Mahir Pexart kimi təmiz “doqquz nömrə” deyil. Emreli yanında Lopes və ya Kostorj olarsa, 3-5-2 sxeminə uyğunlaşa bilər”.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right