Serxio Ramos "Real"dan ayrıldı

“Real”ın kapitanı Serxio Ramos komandadan ayrılıb.

Newsport.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb. 35 yaşlı müdafiəçi üçün sabah mətbuat konfransı keçiriləcəyi bildirilib.

Qeyd edək ki, Serxio Ramos 2005-ci ildən “Real”da çıxış edirdi. Paytaxt təmsilçisi ilə 5 qat İspaniya çempionu olan futbolçu 4 dəfə ölkə Superkubokunu, eyni sayda Çempionlar Liqasını və klublararası dünya çempionatını qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right