Ronaldodan gələcəyi ilə bağlı açıqlama

Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştiano Ronaldo gələcəyi ilə bağlı danışıb.

Newsport.az-ın məlumatına görə, 36 yaşlı hücumçu "Marca"ya açıqlamasında Turin təmsilçisindən ayrılacağı ilə bağlı yayılan məlumatların onu narahat etmədiyini deyib:

“18 ildir ən yüksək səviyyədə oynayıram. Bu söhbətlər məni narahat etmir. Nə olursa olsun, ən yaxşısı  olacaq.

Qalmaq, ya da ayrılmaq indi ən vacib şey deyil. Hazırda bütün diqqətimi millidə oynamağa yönəltmişəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right