Ramos Pereslə görüşdü

"Real"la müqaviləsi bu ayın sonunda başa çatacaq Serxio Ramos klubuna qala bilər.

Newsport.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb. Bildirilib ki, 35 yaşlı müdafiəçi Madrid təmsilçisinin prezidenti Florentino Pereslə görüşüb. Bundan sonra klub rəhbəri ona yeni müqavilə təklif etməyə hazır olduqlarını bildirib.

Nəşr yazıb ki, "Real"ın Ramosla yeni müqavilə imzalamaq istəməsinin səbəblərindən biri də komandanın digər müdafiəçisi Rafael Varanın 2022-ci ilin yayında başa çatacaq sözləşməni uzatmaq istəməməsidir. "Kral klubu"nun fransalı oyunçunun bu yay sata biləcəyi vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl Peresin Ramosla vida mərasimi hazırladığı yazılmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right