Lukaku: "Rusiya üzərində qələbəni Eriksenə həsr edirəm"

Belçika millisinin üzvü Romelu Lukaku ötən gün Avro-2020-nin final mərhələsində Rusiya üzərində qələbəni (3:0) "İnter"dəki komanda yoldaşı Kristian Eriksenə həsr edib.

Newsport.az-ın məlumatına görə, Lukaku bu barədə oyun haqda danışarkən bildirib. Danimarka yığmasının üzvü olan Eriksen ötən gün Finlandiya ilə matçda huşunu itirib. Lukaku isə Rusiyaya vurduğu qolu və qələbəni Eriksenə həsr edib:

"Qələbəmizə görə çox xoşbəxtəm, amma oynamaq mənim üçün çətin idi. Ümid edirəm ki, Kristian sağlamdır. Rusiya üzərindəki qələbəni ona həsr edirəm. Çox ağladım, qorxdum. Biz onunla mühüm anları birlikdə keçmişik. Mən ailəmdən çox Kristianla vaxt keçirtdim. Fikrim onun, iki övladının və ailəsinin yanındadır".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right