"Valensiya"da yeni baş məşqçi

İspaniyanın "Xetafe" klubunun baş məşqçisi Pepe Bordalas istefa verib.

Newsport.az-ın məlumatına görə, bu barədə 57 yaşlı mütəxəssis özü məlumat yayıb. Mətbuat konfransı təşkil edən Bordalas istefa verdiyini açıqlayıb. Klub prezidenti Anxel Torres isə çalışdırıcıya təşəkkür edib.

Bordalas "Valensiya"nı çalışdıracaq. Artıq tərəflərin razılığa gəldiyi və 2 illik müqavilə imzalayacaqları bildirilib. 

Qeyd edək ki, Bordalas 2016-cı ildən "Xetafe"də işləyirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right