Kuman və Messi bu transferi təsdiqlədi

"Barselona" "Liverpul"un futbolçusu Jojinyo Vaynaldumu transfer etməyə yaxındır.

Newsport.az "Sky Sport"a istinadən xəbər verir ki, Kataloniya klubunun başı məşqçisi Ronald Kuman və kapitanı Lionel Messi 30 yaşlı yarımmüdafiəçinin keçidini təsdiqləyib. Məlumata görə, tərəflər yaxın vaxtlarda  3 illik müqavilə imzalayacaqlar. Niderlandlı oyunçunun "mersisaydlılar"la sözləşməsi isə bu yay başa çatacaq.

Qeyd edək ki, Vaynaldum 2020/2021 mövsümündə Premyer Liqada 38 matçda 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right