Aquero azarkeşlərlə vidalaşdı

Mövsümün sonunda “Mançester Siti”dən ayrılacağı açıqlanan Serxio Aquero klubun azarkeşləri ilə vidalaşıb.

Newsport.az-ın məlumatına görə, “şəhərlilər”in mətbuat xidmətinə danışan argentinalı hücumçu, azarkeşlərə təşəkkür edib:

“Məni hər zaman dəstəklədikləri üçün “Mançester Siti”nin azarkeşlərinə təşəkkür edirəm. Azarkeşlərin sevgisini hiss etdiyin zaman hər şey daha asan olur. Biri sənə inanırsa, hər şeyə qadir olursan. Pis oyunlarım olsa da, azarkeşlərdən hər zaman dəstək gördüm. Bu, sadəcə möhtəşəm idi. Azarkeşlərə təşəkkür edirəm. “Mançester Yunayted” azarkeşlərinə də minnətdaram. Hər zaman mənə hörmət göstərdilər. Özümü çox xoşbəxt hiss edirəm”.

Aqueronun “Barselona”ya keçəcəyi gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right