Suares çempionluqdan sonra ağladı FOTO

"Atletiko"nun hücumçusu Luis Suares La Liqanın son turunda çempion olduqları oyundan sonra göz yaşlarını saxlaya bilməyib.
Newsport.az-ın məlumatına görə, o, "Valyadolid"ə 2:1 qalib gəldikləri matçın ardından sevincindən ağlayıb. Uruqvaylı forvard əlində telefon, kimləsə görüntülü danışaraq sevincini bölüşüb.
 
Qeyd edək ki, Suares bu görüşdə qələbə qolunu vurub. Ötən ilin sentyabrında "Barselona"dan "Atleltiko"ya keçən futbolçu La Liqada 21 qolla komandasının çempionluğunda böyük pay sahibi olub.


 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right