“Atletiko”nu məğlub edin, 150 min avro qazanın

La Liqada qalmaq uğrunda mübarizə aparan “Valyadolid” klubunun prezidenti braziliyalı Ronaldo son oyunda “Atletiko”nu məğlub edəcəkləri təqdirdə, futbolçularına mükafat verəcək.

Newsport.az-ın məlumatına görə, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Braziliyalı funksioner komandasının “Atletiko”nu məğlub edəcəyi halda, hər bir futbolçuya 150 min avro mükafat verəcək.

“Valyadolid” – “Atletiko” matçı bu gün, saat 20:00-da start götürəcək. “Atletiko” bu matçda qələbə qazansa, La Liqada çempion olacaq. “Valyadolid” isə 31 xalla 19-cu sıradadır. Komanda elitada qalmaq üçün qələbə qazanmalı, “Elçe” və “Hueska” isə məğlub olmalıdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right