Bu gün La Liqada çempion müəyyənləşir

Bu gün La Liqada 2020/2021 mövsümünün qalibi müəyyənləşəcək.

Newsport.az-ın məlumatına görə, çempionluq uğrunda mübarizədə Madridin "Atletiko" və "Real" klubları yarışacaq. Hazırda Dieqo Simeonenin baş məşqçi olduğu komanda La Liqanın bitməsinə 1 tur qalmış 83 xalla liderdir. "Atletiko" son turda səfərdə "Valyadolid"lə qarşılaşacaq. Rəqibindən 2 xal geridə olan "Real" isə evdə "Vilyarreal"la üz-üzə gələcək. Son turda "Atletiko" heç-heçə edib, "Real" qalib gəlsə xallar bərabərləşəcək. Bu durumda Zinəddin Zidanın komandası şəxsi nəticələrə görə çempion olacaq.

Qeyd edək ki, hər iki görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right