"Atletiko" baş məşqçisi ilə müqaviləni uzatmaq istəyir

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone klubla müqaviləsini yeniləyə bilər.

Newsport.az-ın məlumatına görə, Madrid klubu argentinalı mütəxəssislə yeni müqaviləni müzakirə edir.

Bildirilib ki, bu, "Atletiko"nun La Liqanı qazanıb- qazanmamasından asılı deyil.

"Atletiko" baş məşqçisi ilə müqaviləni 2024-cü ilun yayına qədər uzatmaq istəyir. Klub Simeonenin işindən məmnundur.

Simeone 2011-ci ilin dekabrından "Atletiko"nu çalışdırır. İspaniya çempionatının bitməsinə bir tur qalmış onun komandası 2-ci pillədəki "Real"ı 2 xal qabaqlayır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right