Azərbaycan millisi üçün Fransadan yeni tapıntı?

Ölkə xaricində axtarışlarını davam etdirən AFFA daha bir futbolçunu Azərbaycan millisinə dəvət etməyi planlaşdırır.

Newsport.az-ın məlumatına görə, karyerasını Fransada davam etdirən Eldar Tağızadə əsas yığmanın formasını geyinməyə hazırlaşır.

Fransada Liqa2 təmsilçisi “Klermon” klubunun əvəzedici heyətində çıxış edən Tağızadə tezliklə yenidən ölkəmizə qayıdacaq. Əsas komandası Liqa1-ə yüksələn 18 yaşlı qolkiperin hətta qarşıdakı təlim-məşq toplanışına çağırılması da istisna edilmir.

Şahrudin Məhəmmədəliyevin zədədən əziyyət çəkməsi, ikinci qolkiper Emil Balayevin isə formadan uzaq düşməsi Tağızadənin yığmada debütünə yol açır.

2018-2019-cu illərdə U-17-yə dəvət alan Eldarın əsasən U-21 yığmamızda müntəzəm çıxışı gözlənilir.

“Neftçi”nin yetirməsi olan Eldar Tağızadə 2019-cu ilin yayında İspaniyanın “Market” klubuna, bu ilin yanvarında isə oradan “Klermon”a keçib. Onun fransızlarla müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. (Apasport)

    




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right