Kuman gedir, ya qalır?

"Barselona" baş məşqçisi Ronald Kumanla bağlı qərarını verib.

Newsport.az "Diario Sport"a istinadən xəbər verir ki, Kataloniya klubu 58 yaşlı mütəxəssisi istefaya göndərəcək. Kuman yalnız "Barselona"nın daha uyğun çalışdırıcı tapmayacağı təqdirdə vəzifəsində qala bilər.

Həmçinin bildirilib ki, prezident Joan Laporta komandaya zərər verməmək üçün mövsümün sonuna qədər Kumanı qovmayacaq.

Qeyd edək ki, "Barselona" ötən gün La Liqanın 37-ci turunda "Selta"ya uduzub (1:2) və çempionluq şansını itirib. Komanda turnir cədvəlində 76 xalla üçüncüdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right