Zidan gedir, Raul gəlir?

“Real”ın baş məşqçisi Zinəddin Zidan futbolçularına yaxın günlərdə komandanı tərk edəcəyini deyib.

Newsport.az xəbər verir ki, bu barədə kluba yaxınlığı ilə tanınan “Marca” nəşri məlumat yayıb. Bildirilib ki, fransalı mütəxəssisin komanda ilə yolları ayıracağı ehtimalı yüksəkdir. İddia edilib ki, baş məşqçi vəzifəsinə əsas namizəd “Real”ın əfsanəvi futbolçularından olmuş Raul Qonzalesdir. O, hazırda “Real Madrid Kastilya”nı çalışdırır.  Digər iki namizəd isə Massimiliano Alleqri və Yoahim Lövdür.

Qeyd edək ki, “Real”da La Liqada sona iki tur qalmış 78 xalla ikinci yeri tutur. Lider “Atletiko”nun 80 xalı var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right