Messi 15 il sonra "Barselona"da bu hadisə ilə üzləşdi

"Barselona"nın kapitanı Lionel Messi 15 il sonra ilk dəfə ardıcıl olaraq Madrid klublarına qarşı matçlarda qol vura bilməyib.

Newsport.az-ın məlumatına görə, bu barədə məşhur jurnalist Pedro Martin məlumat yayıb.

33 yaşlı hücumçu ötən gün "Atletiko" ilə heç-heçə etdikləri (0:0) matçda fərqlənməyi bacarmayıb. O, "Real"a uduzduqları son "El-Klassiko"dan (1:2) da əliboş qayıdıb.

Beləliklə, Messi son 15 ildə ilk dəfə Madrid klubları ilə görüşdən qolsuz ayrılıb. Messi bu mövsüm La Liqada 33 maçtda 28 qol vurub və 11 qolun ötürməsini verib.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right