Messinin “Barselona” prezidentinə yazdığı sərt mesaj

“Catalunya Radio” “Barselona”nın kapitanı Lionel Messinin klubun sabiq prezidenti Xosep Bartomeu ilə münasibətlərinə dair yeni məlumat yayıb.

Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Ronald Kumanın baş məşqçi vəzifəsinə təyinatından sonra argentinalı onunla görüşüb. Görüş zamanı hücumçu bildirib ki, böyük ehtimalla mövsümün sonu komandanı tərk edəcək. Elə həmin günü mediada Messidən “Barselona”dan ayrılacağı barədə xəbərlər yayılıb. Messinin fikrincə, bu informasiyanı KİV-lərə məhz klubun o vaxtkı prezidenti Bartomeu ötürüb.

Bundan sonra Leo Bartomeuya belə bir sərt sms göndərib: “Sən informasiya sızdırırsan. Yenə də mənə zərbə vurmaq istəyirsən”.

Bundan 5 gün sonra Messi rəsmi qaydada kluba müraciət edərək transferinə razılıq istəyib. Amma ondan daha bir il komandada qalmağı xahiş ediblər.

Messinin “Barselona” ilə müqaviləsi bu mövsümün sonu başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right