İstanbul derbisini buraxacaq

"Beşiktaş"ın futbolçusu Vinsent Abubakar Türkiyə Superliqasının 40-cı turunda "Qalatasaray"la oyunu buraxacaq.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zədədən bərpa ola bilməyən kamerunlu hücumçunun sağalma müddəti daha 1 həftə çəkəcək. Buna görə o, derbidə meydanda olmayacaq.

Qeyd edək ki, mayın 8-i keçiriləcək "Qalatasaray" - "Beşiktaş" görüşü Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right