“Daha az miqdar, daha çox keyfiyyət”

FİFA prezidenti Canni İnfantino yaxın gələcəkdə futbolda mümkün dəyişikliklər barədə danışıb.

Newsport.az “L`Equipe”yə istinadən xəbər verir ki, 51 yaşlı rəhbər şəxs komandalardakı oyunçuların sayının və onların minimum istirahət müddətini müzakirə etməkdən danışıb:

“Menecerlərin maaşlarını, komissiya haqlarını ciddi şəkildə müzakirə etməliyik. Bu məsələlərdə tam şəffaflıq olmalıdır. Bir komandadakı oyunçu sayındakı məhdudiyyətlə bağlı da danışmaq lazımdır. Həmçinin klubda müəyyən sayda oyunçu olub-olmadığını və ya bir mövsümdə ən yaxşı futbolçuların oynaya biləcəyi maksimum matç sayını müzakirə etmək də vacibdir. Lakin oyunçuların minimum istirahət müddətində də razılaşmaq lazımdır..Sonda beynəlxalq təqvim və yarış formatını müzakirə edək. Bizim şüarımız "Daha az miqdar və daha çox keyfiyyət" olmalıdır”.

Qeyd edək ki, daha əvvəl İnfantino Arsen Vengerin Dünya çempionatının 2 ildən bir keçirilməsi fikrini də müzakirə edəcəklərini bildirmişdi. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right