Çempionlar Liqasının qalibi bəlli oldu

Futzal üzrə UEFA Çempionlar Liqasının final oyunu keçirilib.
 
Newsport.az xəbər verir ki, həlledici oyunda Portuqaliyanın “Sportinq” və İspaniyanın “Barselona” komandaları üz-üzə gəlib.
 
Xorvatiyanın Zadar şəhərində baş tutan həlledici qarşılaşmada 7 qol qeydə alınıb. “Sportinq” “Barselona”nı 4:3 hesabıyla məğlub edərək turnirin qalibi olub.
 
Qeyd edək ki, “Sportinq” tarixində 2-ci dəfə ÇL-in qalibi olur. Bu komanda 2019-cu ildə də bütün rəqiblərindən güclü olmuşdu. 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right