Messi Haalandın "Barselona"ya gəlişi üçün öz maaşının azaldılmasına razıdır

"Barselona"nın kapitanı Lionel Messi klubun "Borussiya"nın (Dortmund) futbolçusu Erling Haalandı transfer etməsi üçün şərait yaratmaq istəyir.

Newsport.az-ın məlumatına görə, bu barədə "Eurosport" məlumat yayıb. Əgər Kataloniya klubu Haalandı alarsa, Messi öz maaşının azaldılmasına razı olacaq. Lakin 33 yaşlı hücumçu "Barselona"nın bu transfer mövzusunda daha çox çalışmasını istəyir.

Qeyd edək ki, Messinin klubla müqaviləsi 2021-ci ilin yayında başa çatır. Müxtəlif mənbələrdə tərəflərin yeni sözləşmə imzalayacağı deyilsə də, hələlik danışıqlara başlanılmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right