“Barselona” Kumanın cəzasına etiraz edəcək

“Barselona”nın baş məşqçisi Ronald Kuman cəzalandırılıb.

Newsport.az-ın məlumatına görə, La Liqanın 33-cü turunun “Qranada” ilə matçında (1:2) qırmızı vərəqə alaraq, meydandan qovulan Kuman 2 oyunluq diskvalifikasiya olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Barselona” rəhbərliyi komandanın baş məşqçisinə verilən cəza ilə razılaşmır və İspaniya Futbol Federasiyasına qərarın dəyişdirilməsi üçün müraciət edəcək.

Cəza dəyişilməsə, Kuman “Barselona”nın La Liqadakı “Valensiya” və “Atletiko” matçlarını buraxacaq.

“Barselona” La Liqada 71 xalla 3-cü sıradadır. Kataloniya təmsilçisi lider “Atletiko”dan 2 xal geri qalır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right