Marselo “Çelsi” ilə oyuna getsə, həbs oluna bilər

İspaniyanın “Real” klubunun futbolçusu Marselo İngiltərədə “Çelsi”yə qarşı keçiriləcək UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununu buraxacaq.
 
Newsport.az xəbər verir ki, buna səbəb braziliyalı müdafiəçinin mayın 4-də Madriddə keçiriləcək seçkilərdə nəzarətçi təyin olunmasıdır.
 
Bu barədə “El Mundo” nəşri məlumat yayıb. Mayın 4-də, saat 08:00-dan 21:00-a qədər seçki məntəqəsində qalmalı olan Marselo, bir gün sonra keçiriləcək “Çelsi” - “Real” matçını buraxmalı olacaq.
 
Marselo seçkilərdə iştirak etməkdən imtina edib, “Çelsi” ilə matça gedəcəyi halda, 1-3 illik həbs oluna və ya pul cəzasına məruz qala bilər. “Real” klubu Marselonun Çempionlar Liqası matçında iştirak etməsi üçün çalışmalar aparır.
 
“Real” ilk oyunda “Çelsi” ilə qollu bərabərə qalıb – 1:1. Komandalar arasındakı cavab matçı isə mayın 5-də keçiriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right