“Real” - “Çelsi” matçının ən yaxşı futbolçusu bilindi

Futbol üzrə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilən “Real” (İspaniya) – “Çelsi” (İngiltərə) matçının ən yaxşı oyunçusu məlum olub.
 
Newsport.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “Çelsi”nin yarımmüdafiəçi Nqolo Kantedir. Fransalı futbolçu “Real”la matçda 6 uğurlu driblinqlə yadda qalıb.
 
“Real” – “Çelsi” matçı qollu bərabərliklə bitib – 1:1. Komandalar arasındakı cavab oyunu mayın 5-də, Londonda keçiriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right