“Qalatasaray”da nə baş verir?

“Qalatasaray”ın “Ultraslan” azarkeş qrupunun rəhbəri Sebahhattin Şirin klubun baş məqçisi Fatih Terimi istefaya çağırıb.  Newsport.az xəbər verir ki, Şirin “Twitter” hesabında “prezident Mustafa Çingiz və məşqçilər korpusunun “Qalatasaray”ımızın önünü açmağını istəyirik” yazıb. O, qeyd edib ki, vəfalı “Qalatasaray” azarkeşləri həmin şəxslərin xidmətlərini hər zaman xatırlayacaq.

Şirinin bu tvitindən sonra klubun əksər azarkeşləri “Twitter” sosial şəbəkəsində “#EvlatlarınSeninleHocam” haştaqını açıblar. Həmin haştaq qısa müddət ərzində dünya gündəmində 3-cü sırada yer alıb.

Qeyd edək ki, “Qalatasaray” Türkiyə Super Liqasında 36 turdan sonra 66 xalla 3-cü pillədə qərarlaşıb





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right