"Aleksandriya" Paşayevlə yolları ayırır

Millimizin futbolçusu Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya"da mövsümün sonuna böyük dəyişikliklər ola bilər.

Newsport.az Ukrayna mətbuatına istinadən xəbrə verir ki, komandanın avrokuboklara düşə bilməməsi səbəbindən bir çox liderlərlə yeni müqavilələr imzalanmayacaq və 30 iyundan sonra onlar sərbəst agent statusu alacaqlar.

Xəbərdə Yuri Pankiv, Pavel Paşayev, Dmitri Qreşişkin, Artem Qordienko, Yevgeniy Banada, Valeri Luçkeviç və Artem Sitalo ilə müqavilələrin bu yay başa çatacağı xatırladılıb. Klubun onlarla yolları ayıracağı gözlənilir.

Qeyd edək ki, "Aleksandriya" Ukrayna Premyer Liqasında 26 xalla 7-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right