Pike Messidən danışdı

“Barselona”nın prezidenti Jerar Pike komanda yoldaşı Lionel Messi haqqında danışıb.

Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Pike 33 yaşlı hücumçunun klubda xoşbəxt olduğunu vurğulayıb və onun burada qalacağını düşünür:

“Daha əvvəl Messinin gələcəyi ilə bağlı nə baş verəcəyini soruşsaydınız, söyləyə bilməzdim. Düşünürəm ki, son aylarda o, daha xoşbəxt görünür. Bu vacibdir. Messi komandanın kapitanıdır və bizi heyran edir. Klub çox yaxşı işləyir və burada Messinin payı çoxdur. O illərdir ki, Messi komandada bizimlədir. Onu yaxşı tanıyırıq və qərarını dəstəkləyəcəyik. Messiyə komanda üçün etdiklərinə görə minnətdar olmalıyıq”.

Qeyd edək ki, Messinin klubla müqaviləsi mövsümün sonunda başa çatacaq. Tərəflər hələlik yeni sözləşmə üçün danışıqlar aparmayıblar.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right