“Mançester Yunayted” azarkeşləri klubun bazasına girdi

“Mançester Yunayted” azarkeşləri klubun məşq bazasına daxil olublar.

Newsport.az “The Times” nəşrinə istinadən xəbər verir ki, azarkeşləri klub rəhbərliyinə etiraz əlaməti olaraq belə addım atıblar. Onlar klubun Avropa Superliqasında iştirak etmək istəyinə qarşı çıxıblar. Klub turnirdən imtina etməsinə baxmayaraq, azarkeşlərin narazılıqları bitmir.

Onlar səhər saat 9-da futbolçuların məşqə getdiyi vaxt stadionun hər iki girişini bağlayıblar. Fanatlar baş məşqçi Ole Qunnar Sulşer ilə görüşməyi tələb ediblər. Sulşer isə məşqçilər heyəti ilə birgə azarkeşlərin yanına gedib. Tərəflər arasında söhbət qısa zaman alıb. Daha sonra azarkeşlər rəhbərliyin təzyiqi ilə bazanı tərk ediblər.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, hadisə zamanı iştirakçıların heç biri xəsarət almayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right