"Real" Zidanla bağlı qərarını açıqladı

"Real"ın baş məşqçisi Zinəddin Zidan növbəti mövsüm də Madrid təmsilçisini çalışdıracaq.

Newsport.az "El Larguero"ya istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Florentino Peres məlumat verib: "Real"ı növbəti mövsüm Zidansız təsəvvür edə bilmirəm".

Qeyd edək ki, "Kral klubu" hazırda La Liqada 70 xalla liderdir. "Atletiko" eyni xallla 2-cidir. "Real" Çempionlar Liqasında da çıxışını davam etdirir. Komanda yarımfinalda aprelin 27-i "Çelsi" ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right