"Peres ona itaət edəcək prezident istəyir"

UEFA rəhbəri Aleksander Çeferin "Real"ın prezidenti Florentino Peresin tənqidlərinə cavab verib.

Newsport.az "RMC Sport"a istinadən xəbər verir ki, o deyib: “Peres mənim kimi bir prezidenti sevmir? Bu, yalnız UEFA prezidenti qalmaq istəyimi gücləndirir. Peres ona itaət edəcək və istədiyini etməyə imkan verən bir prezidentə ehtiyac duyur.

"Mən Avropa və dünya futboluna faydalı olmağa çalışıram".

Qeyd edək ki, Çeferin "Yuventus"un prezidenti Andrea Anyellini yalançı, fırıldaqçı adlandırıb. Peres isə Çeferinin təcavüzkar prezident olduğunu söyləmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right